6 iyul 2011 11:54
Braziliya millisinin üzvü XL-da (FOTO)
"Xəzər Lənkəran" Braziliya yığmasının üzvünü transfer edir. Azerisport.az xəbər verir ki, Lənkəran klubu Braziliyanın U-20 yığmasında forma geyinən Luis Otovio Santos de Arauxonu heyətinə qatır.
Qeyd edək ki, Luis Otovio Santos de Araujo 12 oktbyabr 1990-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində dünyaya gəlib. 1.73 m boyu olanr hücumçu "Ponte Preta" klubunun yetirməsidi. 2005-2008-ci illərdə bu klubun aşağı yaş qrupları üzrə komandalarında oynayan futbolçu 2009-2010 mövsümündə əsas heyətdə çıxış edib (18 oyun, 4 qol). O, 2010-2011-ci illərdə "Palmeiras"ın şərəfini qoruyub və 49 oyunda 3 qol vurub. Son mövsümdə onun komandası A Seriyasında 10-cu pilləni tutub.
Luis Otovio Santos de Araujo 6 dəfə Braziliya U-20-sində forma geyinib. (12-ci oyunçu)
