6 iyul 2011 12:01
Bakı Orduspor`u İstra`ya dəyişdi
Sloveniyada təlim-məşq toplanışını davam etdirən və 2 yoldaşlıq qarşılaşması keçirən "Bakı" 9 iyul tarixində daha bir yoxlama oyunu planlaşdırır. Azerisport.az xəbər verir ki, rəqib komanda daha əvvəl elan oluduğu kimi Türkiyə yox, Xorvatiya təmsilçisi olacaq.
Türkiyə Superliqasına vəsiqə qazanan "Orduspor" klubu təşkilati problemlər səbəbi ilə “zolaqlılar”la 9 iyul tarixinə təyin olunmuş qarşılaşmada iştirak etməyəcək. Təlim-məşq toplanışının son günündəki sınaqçı-rəqib Xorvatiya yüksək liqasının "İstra" (Pula) klubudu.
Adıçəkilən yoxlama oyunu 9 iyul 2011-ci il tarixdə Lyublyanada baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
