6 iyul 2011 20:51

İnter Superliqa klubu ilə sülh bağladı (YENİLƏNİB)

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan "İnter" bu gün ikinci yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, bank klubunun rəqibi Türkiyə Super Liqasına yenicə vəsiqə qazanan "Mersin İdman Yurdu" klubu olub.
 
"Sirene Devras" otelinin meydançasında baş tutan oyun Bakı klubu üçün yaxşı başlayıb. Belə ki, 17 və 35-ci dəqiqədə Karlsonun dublu sayəsində "bankirlər" ilk yarını üstün başa vurub. Lakin ikinci hissəyə daha yaxşı başlayan türklər 52 və 60-cı dəqiqələrdə vurulan qollarla hesabı bərabərləşdirib. Kaxaber Sxadadzenin yetirmələri görüşün başa çatmasına 3 dəqiqə qalmış yenidən hesabda önə keçiblər. Amma türklər son saniyələrdə bu qolun da əvəzini çıxıblar və beləcə qarşılaşma 3:3 hesablı heç-heçə ilə bitib.
 
Qeyd edək ki, "Mersin İdman Yurdu" heyətinə Mert Nobre və Öndər Turacı kimi məşhur futbolçuları qatıb. Komandanı Nurullah Sağlam çalışdırır. Ötən mövsüm millimizin sabiq üzvləri - İlqar Qurbanov və Ernani Pereyra bu komanda da çıxış edib. İlqar qış fasiləsində, Ernani isə mövsüm başa çatanqdan sonra komandadan ayrılıb.
 
Onu da xatırladaq ki, "İnter" Türkiyədəki ilk yoxlama oyununda Ukraynanın "Metallurg" (Zaporojye) klubunu 4:0 hesabı ilə məğlub etmişdi.
 
Yoldaşlıq oyunu
6 iyul
 
İnter – Mersin İdman Yurdu - 3:3 (2:0)
Qollar: Girt Karlson, 17 (1:0), Girt Karlson, 35 (2:0), Baçana Tsxadadze, 87 (3:2).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.