6 iyul 2011 00:20
XL-ın rəqibindən daha bir darmadağın
UEFA Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin Lənkəran klubuyla oyuna hazırlıq çərçivəsində bu dəfəki rəqibi Hollandiya “Almer”i olub.
Qarşılaşma 4:0 hesabı ilə israillilərin xeyrinə başa çatıb. Maraq üçün xatırladaq ki, Təl-Əviv klubunun bundan əvvəlki rəqibi Rumıniya çempionu “Otelul” olmuşdu və Motti İvanirin yetirmələri Mirça Rednikin həmyerliləri üzərində də 3:1 hesablı qələbə qazanmışdılar.
Qeyd edək ki, “Maccabi” və “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də səfərdə, cavab görüşü isə ayın 21-də Lənkəranda baş tutacaq.
