6 iyul 2011 00:32
AZAL-ın Minsk`lə oyun öncəsi planları müəyyənləşdi
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ölkəmizi təmsil edən AZAL-ın iyulun 7-də qarşılaşacağı Belarus “Minsk”i ilə cavab oyunu öncəsi planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq dünəndən Belarus paytaxtında olan təmsilçimiz elə ilk gündə bir məşqə çıxmağa macal tapıb.
Bu gün - iyulun 6-da komanda daha bir məşqə çıxacaq. Saat 20:00-a nəzərdə tutulan hazırlıq prosesi matçın keçiriləcəyi “Dinamo” stadionunda baş tutacaq.
Bundan yarım saat öncə isə Nazim Süleymanov mətbuat konfransı keçirəcək. Məşqdən sonra komanda üzvləri Belarus paytaxtını gəzintiyə çıxacaq.
