6 iyul 2011 00:53
10 000 ver, AZAL-ın oyununa bax
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Minsk” (Belarus) - AZAL (Azərbaycan) matçının biletləri artıq satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bir biletin qiyməti 10 000 Belarus rublu (təxminən 2 AZN) təşkil edir.
Qeyd edək ki, bu komandalar arasındakı qarşılaşma iyulun 7-də Minskin “Dinamo” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, AZAL ilə “Minsk” arasında Bakıda baş tutan ilk oyun 1:1 hesabıyla başa çatmışdı.
