6 iyul 2011 01:00
Arif Əsədov çexlərə yenilginin səbəblərini açıqladı
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Çexiya çempionu "Viktoriya" ilə yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 0:1 hesablı yenilgi ilə bağlı klubun rəsmi saytına açıqlamasında bunları deyib:
"Maraqlı oyun oldu. Çexiya çempionu əsasən atletik futbola üstünlük verirdi. Buna baxmayaraq, komandamız, xüsusən birinci hissədə yaxşı oynadı. 60-cı dəqiqədən başlayaraq əvvəlki oyunlarda olduğu kimi əvəzetmələrə əl atdım, gənclərə şans verdim. Belədə istər-istəməz xətlər arasındakı əlaqə pozuldu. Bununla belə, meydana sonradan çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərə bildilər. Qolu yenə də son dəqiqələrdə və yenə də cərimə zərbəsindən sonra buraxdıq. Ümumiyyətlə, bu təlim-məqş toplanışından razı qaldım".
