7 iyul 2011 13:03
Rəşad Sadıqovun keçmiş klubundan gözlənilən qərar
Türkiyənin “Eskişehirspor” klubu bu ölkə futbolundakı danışılmış oyunlarla əlaqədar həbs olunan baş məşqçisi Bülent Uyğun, futbolçusu Mehmet Yıldız, idman direktoru Ümit Karanla yollarını ayırmağa qərar verib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hələ onlar istintaqa cəlb olunan kimi müqavilələrini dondurmuşdu.
Klub rəhbərliyi klub rəsmilərinin, eləcə də futbolçunun bəraət qazanaraq istintaqdan üzüağ çıxacaqlarına ümid bəsləyirdi. Lakin bu gün sözügedən şəxslərin günahları sübuta yetirilərək həbsxanaya göndərilincə, klub rəhbərliyi də onlarla yollarını ayırmaq məcburiyyətində qalıb.
“Eskişehirspor” rəhbərliyi artıq onlarla heç bir əlaqələrinin qalmadığını rəsmən bəyan edib. Artıq yeni baş məşqçi axtarışlarına başlayan millimizin müdafiəçisi Rəşad Sadıqovun keçmiş klubunun adı Mustafa Denizli, Ziko, Toşak və Daum kimi mütəxəssislərlə birgə çəkilir.
