7 iyul 2011 00:44
Minsk`in AZAL ilə oyun üçün start heyəti
Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin AZAL ilə cavab oyunu üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün Minskdə keçiriləcək cavab matçına aşağıdakı heyətlə çıxacaq:
Skinderis, Rahmanov, Novikas, Şeqriçoviç, Razin, Saşenko, Vasilyuk, Soro, Pavlyuçek, Saçivko, Voronkov.
Maraq üçün xatırladaq ki, bu komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüş 1:1 hesablı heç-heçə ilə bitmişdi. Bu günkü oyun isə Minskin “Dinamo” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
