7 iyul 2011 00:56
Neftçi`nin qapıçısının həyat yoldaşı albom buraxır (FOTO)
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin həyat yoldaşı Silviya yeni albom buraxmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, müğənni olan serbiyalı qapıçı Bakıya məhz onunla birgə gələcək.
Həyat yoldaşını tək buraxmaq istəməyən Silviya sadəcə yeni albomuyla bağlı işlərlə arabir Belqrada qayıtmalı olacaq. Albomun buraxılışı isə növbəti ilə planlaşdırılır.
Qeyd edək ki, Saşa Stamenkoviç “Neftçi”yə bu yay Serbiyanın “Crvena Zvezda” klubundan gəlib.
