7 iyul 2011 01:17
XL-ın rəqibi Germinal`ı da darmadağın etdi
UEFA Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin Lənkəran klubuyla oyuna hazırlıq çərçivəsində bu dəfəki rəqibi Belçika “Germinal”ı olub.
Qarşılaşma 3:0 hesabı ilə israillilərin xeyrinə başa çatıb. 51-ci dəqiqədə hesabı açan Nivaldo 80-ci dəqiqədə dublunu rəsmiləşdirib. 89-cu dəqiqədə isə Dabut matçın yekun nəticəsini müəyyənləşdirib.
Maraq üçün xatırladaq ki, Təl-Əviv klubunun bundan əvvəlki rəqibi Hollandiya “Almer”i olmuşdu və Motti İvanirin yetirmələri 4:0 hesablı qələbə qazanmışdılar.
Qeyd edək ki, “Maccabi” və “Xəzər Lənkəran” arasındakı ilk oyun iyulun 14-də səfərdə, cavab görüşü isə ayın 21-də Lənkəranda baş tutacaq.
