7 iyul 2011 01:23
AZAL-ın start 11-liyi
AZAL-ın baş məşqçisi Nazim Süleymanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə cavab oyunu üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün Minskdə keçiriləcək cavab matçına aşağıdakı heyətlə çıxacaq:
Cahangir Həsənzadə, Ritus Krjauklis, Aqil Nəbiyev, Usim Nduka, Robert Petrov, Viktor İbekoyi, Mansur Limani, Pius İkediya, Zoahir Benuahi, Nuqzar Kvirtiya, Elşən Məmmədov.
Maraq üçün xatırladaq ki, bu komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüş 1:1 hesablı heç-heçə ilə bitmişdi. Bu günkü oyun isə Minskin “Dinamo” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
