7 iyul 2011 02:16

AZAL-dan əzmkarlıq, Qarabağdan şou gözləntisi

Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən ikisinin – “Qarabağ” və AZAL-ın avrokubokların yeni mövsümündəki taleyinə aydınlıq gəlmiş olacaq. Azerisport.az xəbər verir ki, birinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin biri cavab matçına evdə, digəri isə səfərdə çıxacaq.
 
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubunu demək olar ki, formal bir oyun gözləyir. Çünki “Qarabağ” “Banga”nın işini elə Litvada baş tutan birinci oyundaca həll edib. Odu ki, təmsilçimiz artıq indidən Farar adalarının “Streymur” klubuyla oyunu düşünə bilər. Bu günkü cavab matçında isə əvəzedici heyətin də bəzi üzvlərinə şans vermək pis olmazdı.
 
Lakin bu, o demək deyil ki, “Banga” ilə qarşılaşmada qələbə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Əksinə, ağdamlılar cavab görüşündə də eyni uğuru təkrarlamağa borcludurlar. Axı səfərdə darmadağın edtiyin komandanı evdə də niyə udmayasan? Nəzərə alsaq ki, bu, həm “Qarabağ”ın növbəti avrokuboklar mövsümündəki reytinq xalı, həm də bütövlükdə Azərbaycan klubları üçün vacib əhəmiyyət daşıyır, o zaman Qurbanovun yetirmələri mütləq qələbə qazanmalıdırlar.

“Banga” ilə matç ərəfəsində “Qarabağ”ın heyətindəki itkilərin sıraya dönməsi də sevindirməyə bilməz. Belə ki, yarımmüdafiəçi Əfran İsmayılov və hücumçu Rauf Əliyev Qarqjdaydakı görüşdə meydana çıxa bilməmişdi. Amma bu dəfə onlar artıq sıraya dönüblər və komandayla məşqlərdə iştirak edirdilər. Ümid edək ki, hər iki futbolçu zədədən sonra uğurlu oyunla bizləri sevindirə biləcək.

Qarabağ`ın “Banga” ilə oyun üçün iştirak ərizəsi:
 
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
 
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
 
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
 
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
 
AZAL-a gəlincə, Nazim Süleymanovun komandasının “Qarabağ”dan fərqli işi o qədər də asan deyil. Çünki “təyyarəçilər” cavab matçını səfərdə keçirməli olacaqlar. Belarus “Minsk”i Bakıdakı oyunda çox sərfəli nəticəyə (1:1) imza atdığından ev oyunu ərəfəsində böyük üstünlüyə malikdi. Çünki AZAL onları mübarizədən kənarlaşdırmaq üçün ən azı iki qol vurmalıdı. Vitali Tarakanovun yetirmələri qol vuracağı halda isə, vəziyyət daha da gərginləşəcək.
 
Düzdü, “Minsk” “Banga” qədər zəif olmasa da, hər halda çox güclü də deyil. AZAL dəqiq və inamlı oyunla bu rəqibinin işini elə səfərdə də bitirə bilər. Bunun üçün sadəcə müdafiədə maksimum diqqətli olmaq, hücumda isə ələ düşən hər şansdan maksimum yararlanmaq kifayətdi. İlk oyunda xeyli qol vəziyyətini boşa verən şüvəlanlıların həmin səhvlərini təkrarlamayacaqlarına ən azı ümid edirik. Axı komanda mərhələ keçmək üçün mümkün qədər çox qol vurmalıdı.
 
“Minsk” bu oyundan öncə Belarus çempionatında matça çıxıb. Lakin baş məşqçi əsas heyətin əksər üzvlərinə istirahət verib. AZAL-ın rəqibinin heyətində bəzi itkilər də diqqət çəkir. Amma bunu böyük üstünlük kimi də dəyərləndirmək olmaz. Komandamızda isə xoşbəxtlikdən bu baxımdan hər şey qaydasındadı.
  
AZAL-ın “Minsk” ilə oyun üçün iştirak ərizəsi:
 
Qapıçılar: 12. Cahangir Həsənzadə, 1. Amil Ağacanov;
 
Müdafiəçilər: 2. Robert Petrov, 3. Usim Nduka, 6. Ritus Krjauklis, 21. Branislav Arseniyeviç;
 
Yarımmüdafiəçilər: 5. Aqil Nəbiyev, 20. Mansur Limani, 23. Pius İkedia, 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 9. Vüsal Qarayev, 11. Zohair Benouahi, 19. Hüseyn Axundov, 22. Elgün Abbaslı;
 
Hücumçular: 18. Cavid Rəhimov, 24. Enyo Krastovçev, 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov, 14. Orxan Səfiyaroğlu.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi
Cavab oyunları
7 iyul
 
21:00. Qarabağ (Azərbaycan) - Banga (Litva)
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Jozef Marko (Slovakiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
(İlk oyun – 4:0)
 
22:00. Minsk – AZAL
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
(İlk oyun – 1:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.