7 iyul 2011 14:17
Neftçi Steaua ilə qarşılaşacaq
Azərbaycan çempionu “Neftçi” Avstriya toplanışı çərçivəsində özünə daha bir rəqib tapıb. Azerisport.az xəbər verir ki, Arif Əsədov yetirmələrini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb “Dinamo”su (Xorvatiya) ilə oyunu öncəsi Rumıniyanın “Steaua” klubu ilə də görüşdə sınayacaq.
“Ağ-qaralar”ın “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin həmyerliləri ilə sınaq matçı sabah elə Avstriyada baş tutacaq.
Maraqlıdı ki, rumınlar sabah əslində Xorvatiya “Hajduk”u ilə oynamaq istəyirmiş. Lakin Avstriya polisi bu görüşün baş tutmasına imkan verməyib. Çünki bu komandaların azarkeşləri arasındakı münasibətlər o qədər də xoş deyil. Xüsusilə xorvat tərəfdarların çılğınlığını nəzərə alan avstriyalılar bu matçın keçirilməsini əngəlləyiblər.
