7 iyul 2011 01:51
XL-ın yolunu gözlədiyi futbolçu Dinamo`da oyuna çıxdı
“Xəzər Lənkəran”ın əsas müdafiəçilərindən olan Manuel Skarlatakenin komandaya qayıtması artıq inandırıcı görünmür. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarına qədər komandanın düşərgəsinə qayıdacağı təqdirdə “Xəzər Lənkəran”ın heyətində möhkəmlənə biləcəyinə ümid edilsə də, futbolçu Buxarest “Dinamo”sunun heytində Birləşmiş Ərəb Əmirliklərinin millisinə qarşı yoxlama oyununda meydana çıxıb.
Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” artıq Skarlatakenin köməyinə ümid etməyə bilər. Çünki bu oyundan sonra futbolçunun cənubluların düşərgəsinə qatılmaq şansları azalıb.
