7 iyul 2011 14:24
AZAL üçün diaspora dəstəyi
Azərbaycanın AZAL klubu bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə səfər matçında dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”i Belarus paytaxtında həmyerlilərimiz dəstəkləyəcək.
Belə ki, Belarusdakı diasporamızın rəhbərliyi klub rəsmiləri ilə əlaqə saxlayaraq, komandamızı dəstəkləmək istədiklərini bildiriblər. AZAL rəhbərliyi də onların bu istəyini nəzərə alaraq, ordakı həmyerlilərimiz üçün 50 bilet təşkil edib. “Minsk”lə görüşdə AZAL-ı təxminən 60-70 azarkeşin dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan görüş 1:1 hesabıyla başa çatmışdı. “Minsk” – AZAL görüşü isə bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
