7 iyul 2011 14:52
AZAL da mərhələ adlayacaq, Qarabağ da
Azerisport.az oxucuları Avropa Liqasının birinci təsnifat mərhələsindəki təmsilçilərimizdən “Qarabağ” və AZAL-ın növbəti mərhələyə adlamaq şanslarını dəyərləndirib. Saytımızda keçirilən sorğunun nəticəsinə əsasən deyə bilərik ki, hər iki komandamız növbəti mərhələyə adlayacaq.
Belə ki, həm “Qarabağ”ın, həm də AZAL-ın ikinci təsnifat mərhələsinə adlayacağını sorğuya qatılanların 53 faizi (533 səs) proqnozlaşdırıb.
41 faiz (420 səs) respondent isə hesab edir ki, “Qarabağ” mərhələ adlayacaq, AZAL isə yox. Hər halda “təyyarəçilər”in ilk oyunda qənaətbəxş nəticə qazana bilməməsi onlara güvənənlərin sayına müəyyən təsir göstərib.
