7 iyul 2011 02:38
İspaniya millisinin və Barcelona`nın yetirməsi XL-da
Avsriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə bu gecə daha bir futbolçu qoşulub. Azerisport.az xəbər verir ki, ispaniyalı futbolçunun tam adı Mario Alberto Rosas Monterodu.
Qeyd edək ki, bu futbolçu İspaniyanın məşhur “Barcelona” klubunun yetirməsidi. 1980-ci il təvəllüdlü Mario Rosas daha çox “Barcelona”nın B komandasında özünü göstərib. O, burda 1997-2000-ci illər aralığında keçirdiyi 103 oyunda 31 qol da vurub. 1998-ci ildə isə bir dəfə “Barcelona”nın əsas heyətində də matça çıxıb.
2000-ci ildə isə o, “Alavés”ə transfer olunub. Burda cəmi 6 oyuna çıxan Rosas növbəti mövsümü icarə əsasında “Salamanca”da keçirib (33 oyun). 2002–2003 mövsümündə çıxış etdiyi “Numancia”da daha az – cəmi 2 dəfə oyun keçirən yarımmüdafiəçi 2003–2004 mövsümündə “Cádiz”də bunu unutdurmağı bacarıb. O, burda çıxdığı 32 oyunda bir dəfə də qol vurmağa nail olub. Növbəti illərdə “Girona” (17 oyuna 1 qol), “Castellón” (123 oyuna 16 qol), “Murcia” (29 oyun) kimi klublarda da top qovmuş Rosasın son komandası yenə “Salamanca” olub. O, ötən mövsüm bu komanda ilə 19 matça çıxıb.
Qeyd edək ki, Rosas İspaniyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib. Belə ki, 1995–1996-cı illərdə U-16-da 6 oyun keçirərək 1 qol vuran futbolçu 1998-ci ildə U-17 ilə 1 matça çıxıb. 1996–1999-cı illər aralığında çağırıldığı U-18-də isə 22 oyun keçirərək 5 qol vurub.
