7 iyul 2011 02:43
İnter`in Superliqa klubuna qalib gələ bilməməsinin səbəbi bəlli oldu
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter"in dünən növbəti yoxlama görüşünə çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi ötən mövsüm Türkiyə Superliqasına vəsiqə qazanan "Mersin İdman Yurdu" klubu idi.
Bakı klubu türklərə qarşı bu start heyətlə çıxıb: Səlahət Ağayev, Vladimir Levin (k), İlia Kandelaki, Xəyal Mustafayev, Asif Mirili, Samir Zərgərov, Daniel Genov, Bronislav Çervenka, Asif Məmmədov, Girt Karlson və baxışda olan futbolçu (klubla müqaviləsi olmadığından onun adı açıqlanmır).
Oyunun startından “bankirlər” təşəbbüsü əla alıb və artıq 4-cü qəqiqədə Daniel Genovun cərimə zərbəsi zamanı türkləri qapı dirəyi qoldan xilas edib. Buna baxmayaraq "İnter" hücumlarını davam etdirib və 17-ci dəqiqədə istəyinə nail ola bilib. Karlson yaxın məsafədən topu qapıdan keçirərək, komandasını hesabda irəli çıxarıb. Rəqibdən daha fəal futbol sərgiləyən təmsilçimiz 35-ci dəqiqədə üstünlüyünü iki topa çatdırıb. Bu dəfə fə türkləri Karlson məyus edi. Beləliklə, görüşün birinci hissəsi “İnter”in xeyirinə başa çatıb - 2:0.
Fasilədə baş məşqçi Kaxaber Tsxadadze bütün heyəti dəyişib. Gürcü mütəxəssis meydana Dmitri Kramarenko, Arif Daşdəmirov, Rüstəm Abbasov, Ruslan Poladov, Valeri Abramidze, Petar Zlatinov, Şəhriyar Rəhimov, Nizami Haciyev, Aleksandr Qross, Baçana Tsxadadze və baxışda olan digər futbolçunu buraxıb.
İkinci hissəyə komanda elə də yaxşı başlamayıb. Bunun nəticəsində türklər 2 qol vuraraq hesaba tarazlıq gətirdilər. Bununla belə, "İnter" ruhdan düşməyib və 87-ci dəqiqədə yenə hesabda irəli çıxıb. Bu dəfə fərqlənən futbolçu Baçana Tsxadadze olub. Lakin komanda görüşdə qələbə qazana bilməyib. Oyunun bitməsinə bir neçə saniyə qalmış müdafiə xəttinin köbud səhfindən istifadə edən "Mersin İdman Yurdu" klubu hesabı bərabərləşdirib.
Beləliklə, Türkiyə toplanışı çərçivəsində keçirilən ikinci yoxlama oyununda "İnter" "Mersin İdman Yudru" klubu ilə 3:3 hesablı heç-heçəyə imza atıb.
