7 iyul 2011 15:15
Braziliyalı futbolçu Xəzər Lənkəran`a gəlməkdən imtina etdi
Avstriyada təlim məşq toplanışında olan “Xəzər Lənkəran” sıralarına qatmaq istədiyi iki braziliyalı futbolçudan istəmədiyi cavab alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək Braziliya millisinin üzvü, “Palmeiras” klubunun formasını geyən 20 yaşlı Luis Otavio Santos de Arauxo ona göndərilən təklifədn rəsmən imtina edib.
Digər futbolçu - 25 yaşlı Marsinyo Maksuel Rodriqo Linonun isə gəlib gəlməyəcəyi sual altındadı. Qeyd edək ki, hər iki futbolçunun cənub təmsilçisinə gətiriləcəyi haqqında məlumatı kluba yaxın mənbə ötürmüşdü. (12-ci oyunçu)
