7 iyul 2011 02:54
Aleksandr Starkov: Hafiz Məmmədov qarşıma vəzifə qoyub
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov komandasının Sloveniyadakı təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Cəmi 10 gündü ki, bir araya gəlmişik. Hazırlığın ilkin dövründəyik. Demək olar ki, hər şeyi sıfırdan başlayırıq. Komandada böyük dəyişikliklər var, 50 faiz yenilənmiş bir heyətlə çalışırıq. Bu dəyişikliklər zəruri idi, ötən mövsümün uğursuz nəticələri və qarşıda duran vəzifələrin vacibliyi bizi buna vadar edir. Yeni oyunçular dəvət olunub, onlar bizim oyunumuzu gücləndirməlidirlər.

İşlər gedir, yeni futbolçuların uyğunlaşmasına diqqət ayıyırıq. Məşqçilər olaraq həm oyun, həm də davranış intizamını tətbiq edirik. Bu olduqca vacibdi.
Klub prezidenti baş məşqçi kimi mənim qarşıma komanda yaratmaq vəzifəsi qoyub. Sözün əsl mənasında komanda qurmalıyıq. Bu güclü, möhkəm dayaqlara əsaslanan, eyni zamanda gənclərin üzünə açıq olan bir kollektiv olmalıdı. Xatırladım ki, Elvin Əliyev, Novruz Məmmədov, Elvin Məmmədov, Uinston Parks, Denis İvanov, Maris Verpakovski kimi oyunçular artıq bizimlə birlikdədirlər.
Gənc futbolçular qrupunu xüsusi qeyd etmək istərdim. Onların 18 yaşı var, bu futbolçuara böyük ümidlər bağlayırıq. Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nicat Abdullayev, Nurlan Novruzov oyunlarda iştirak edirlər.
Sloveniyada 2 yoldaşlıq görüşü keçirmişik. Hər iki oyunda məğlub olmağımıza baxmayaraq işlərin qaydasında olduğunu düşünürəm. Biz hazırda fiziki və funksional hazırlığı önə çəkmişik. Bu gün futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədi. Təbiidi, çünki biz hazırlığa yeni başlamışıq.
Yoxlama oyunlarındakı rəqiblərimiz Sloveniya və Xorvatiya klublarıdı, onlar bir neçə gündən sonra Avropa miqyaslı turnirlər çərçivəsində oyunlara çıxacaqlar. Onların hazırlıq səviyyəsi bizdən yüksəkdi.
Bununla belə oyunçularımız oyunda-oyuna artırırlar, bunu müşahidə edirik. Mən oyunçulardan, ümumilikdə komandadan, təlim şəraitindən razıyam. Hazırda Sloveniyadayıq və layiqli hazırlıq üçün hər bir imkanımız var”.