7 iyul 2011 15:38
Zohair Benuahi: Tam hazır deyiləm, amma ürəkdən oynayacağam
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda yoldaşlarınız bu oyun haqda çox şey danışıb. Bəs siz yeni nəsə deyə bilərsiz?
- Mən sadəcə onu əlavə etmək istərdim ki, komanda artıq hazırlıqlarını tamamlayıb və özünüz də gördüyünüz kimi əhval-ruhiyyə çox yaxşıdı. İndi sadəcə baş məşqçidən son taktiki tapşırıqları almaq qalır. Hamı bir nəfər kimi bu görüşün vacibliyini başa düşür. Çalışacağıq ki, bu oyunda qələbə qazanıb növbəti mərhələyə vəsiqə qazanaq.

- Bu rəqibi keçmək üçün nə lazımdı?
- Biz əks-hücumlarda uğurla oynamağa borcluyuq. Bu komandanı ancaq bu şəkildə susdura bilərik.
- Biz əks-hücumlarda uğurla oynamağa borcluyuq. Bu komandanı ancaq bu şəkildə susdura bilərik.
- Ötən mövsüm siz AZAL-ın ən parlaq oyunçusu idiniz. “Minsk”lə oyunda da sizdən çox şey gözlənilirdi, nəinki siz sərgilədiniz...
- Bunun müəyyən səbəbləri var. Mən komandaya bir qədər gec qoşulmuşdum. Şüvəlandakı oyuna kimi bir dəfə də olsun sınaq matçı keçirməmişdik. Bilirəm ki, məndən çox şey gözləyirlər. Öz orqanizmimi yaxşı tanıyıram. Sadəcə onu deyə bilərəm ki, hələ tam hazır deyiləm.
- Sizdən bu oyunda nə gözləyək?
- Qarşıdakı oyuna kiçik zədəylə çıxacağam. Amma buna baxmayaraq, komandama mümkün qədər çox fayda verməyə çalışacağam. Mən AZAL-ı çox sevirəm. Bu görüşdə də ürəkdən oynayacağıma söz verirəm.
- Rəqibinizdən daha yaxşı oyun gözləməyə dəyərmi?
- Yəqin ki, onların da oyunu fərqlənəcək. Axı onlar evdə oynayacaqlar. Şübhəsiz, “Minsk” də növbəti mərhələyə adlamaq üçün əlindən gələni edəcək. Amma yaxşısı budu biz rəqibin oyunu haqda düşününcə, öz bacarığımızı ortaya qoyaq.
- Çoxları Nazim Süleymanovun “Minsk”lə bağlı dediyi fikirləri müzakirə edir. Sizcə də, “Minsk” Azərbaycan Premyer Liqasında ilk altılığa düşə bilməzdi?
- Mən rəqibimizin ora düşüb-düşməməsinin mümkünlüyündən danışa bilmərəm. Amma bir şey dəqiqdi ki, AZAL “Minsk”dən güclüdü. İlk oyuna qədər bizim sınaq matçı keçirməməyimiz öz sözünü dedi. Amma bu dəfə fərqli olacaq.