7 iyul 2011 16:04
AZAL yerli fanatların güclü təzyiqini hiss etməyəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək Belarus “Minsk”i ilə Azərbaycanın AZAL klubları arasındakı cavab görüşündə anşlaq gözlənilmir. Azerisport.az xəbər verir ki, 41 min azarkeş tutumuna malik olan arenada sadəcə 5 min yerli fanatın iştirakı gözlənilir.
Qeyd edək ki, “Minsk” – AZAL matçına bir gün qalmışa kimi cəmi minə yaxın bilet satılmışdı. Bu gün isə oyuna kimi bilet alanların bir qədər də çoxalacağı gözlənilir.
Yeri gəlmişkən, bu günkü azarkeş sayı “Minsk”in tarixində rekorda çevrilə bilər. Çünki komandanın Belarus çempionatındakı görüşlərini də təxminən minə yaxın azarkeş izləyir.
