7 iyul 2011 16:32
Millimizin baş məşqçisi: Heç-heçəni məğlubiyyətə bərabər sayıram
Minsk şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan və Belarus yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Azerisport.az həmin fikirlərlə sizi də tanış edir:
Svetlana Xrapovitskaya (Belarus U-17 yığmasının baş məşqçisi): “Çox çətin oyun oldu. Komandamız təlim-məşq toplanışı çərçivəsində üçüncü oyununu keçirdi. Uşaqlar çox yorğun idi. Azərbaycan yığması yaxşı oynadı. Rəqib taktiki cəhətdən xoş təsir bağışladı”.
Sissi Rayt (Azərbaycan U-17 yığmasının baş məşqçisi): “Oyunun 70 faiz bizim üstünlüyümuz şəraitində keçməsini və hesabı bizim açmağımızı nəzərə alsaq, bu heç-heçəni məğlubiyyətə bərabər sayıram. Rəqibimizin oyun ərzində cəmi 1 qol şansı oldu və bundan maksimum yararlana bildi”.
