7 iyul 2011 16:55
XL - Maccabi matçına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 21-də keçiriləcək Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”la İsrail “Maccabi”si (Təl-Əviv) arasında keçiriləcək oyuna bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, bu oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Andrey Şandor
Baş hakimin köməkçiləri: Oleq Muravyov, Vladimir Volodin
Dördüncü hakim: Yaroslav Kozik (Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Nuno Kastro (Portuqaliya)
Qeyd edək ki, bu görüş saat 20:30-da Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.
