7 iyul 2011 17:03
XL-da yeni qapıçı (FOTOREPORTAJ)
“Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Mirça Rednikin komandası bu gün növbəti məşqinə çıxıb. Məşqçilər korpusu komandanın hazırlıq prossesində taktiki planda məşqlə kifayətləniblər. Bu gün səhər məşqində maraqlı hadisələr olub. Beləki, hazırlıq prossesinin sonunda Mirça Rednik bir-bir futbolçulara atmacalar atıb, onlarla zarafatlaşıb. Hətta məşq bitəndən sonra Elnur Allahverdiyevi qapıda saxlayan Rednik futbolçulardan onun qoruduğu qapıya zərbələr vurmağı tapşırıb. Futbolçular da məmnuniyytlə razılaşıb müxtəlif istiqamətlərdən Elnurun qapısına zərbə vurmağa başlayıblar. (12-ci oyunçu)
