7 iyul 2011 17:14
Şahin Diniyev: Azərbaycanın buna ehtiyacı var
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev Avropa Liqasındakı təmsilçilərimizdən AZAL-ın bu gün Belarus “Minsk”ini səfərdə mübarizədən kənarlaşdıracağına inanır. Azerisport.az saytına açıqlamasında o, “təyyarəçilər”in şanslarını dəyərləndirib:
“Mən hiss edirəm ki, AZAL növbəti mərhələyə adlayacaq. Əgər onlar Bakıdakı kimi oynasalar, “Minsk” onların qarşısını ala bilməyəck. İnanıram ki, Nazim Süleymanovun yetirmələri cavab matçında daha yaxşı oynamaqla bizləri sevindirəcəklər”.

Diniyev “Qarabağ”ın Litva “Banga”sı ilə ev oyunundan isə qətiyyən narahat deyil: “Qarabağ” çətin ki, bu komandaya 0:5 hesabıyla uduza. Amma əlbəttə, Litva klubu üzərində qələbəyə həm Azərbaycanın, həm də azarkeşlərimizin çox böyük ehtiyacı var”.