7 iyul 2011 17:22

Azərbaycan DÇ-2012 üçün rəqiblərini tanıdı

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə 2012-ci ildə keçiriləcək dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi əsas seçmə mərhələnin 5-ci qrupunda Xorvatiya, Ukrayna yığmaları və ilkin seçmə mərhələnin E qrupunda birinci yeri tutacaq komanda ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, ilkin seçmə mərhələnin E qrupunda Makedoniya, Çernoqoriya, Fransa və İsveçrə yığmaları yer alıb.
 
Xatırladaq ki, futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində millimizin mübarizə aparacağı 5-ci qrupun oyunları dekabrın 14-dən 18-dək olan müddətdə Bakı şəhərində keçiriləcək.
 
İlkin seçmə mərhələ
 
A qrupu: Moldova, Gürcüstan, Ermənistan, Malta
B qrupu: Yunanıstan, Andorra, Bolqarıstan, Norveç
C qrupu: Latviya, Kipr, İngiltərə, San-Marino
D qrupu: Finlandiya, Türkiyə, Albaniya, Estoniya
E qrupu: Makedoniya, Fransa, Çernoqoriya, İsveçrə.

Əsas seçmə mərhələ
 
1-ci qrup: İspaniya, Belçika, Bosniya və Herseqovina, ilkin seçmə mərhələnin ən yaxşı göstəriciyə malik qrup ikincisi.
2-ci qrup: İtaliya, Rumıniya, Polşa, B qrupunun birincisi
3-cü qrup: Serbiya, Sloveniya, İsrail, A qrupunun birincisi
4-cü qrup: Portuqaliya, Slovakiya, Litva, ilkin seçmə mərhələnin ən yaxşı göstəriciyə malik qrup ikincisi.
5-ci qrup: Ukrayna, AZƏRBAYCAN, Xorvatiya, E qrupunun birinicisi
6-cı qrup: Çexiya, Belarus, Hollandiya, D qrupunun birincisi
7-ci qrup: Rusiya, Macarıstan, Qazaxıstan, C qrupunun qalibi
 
Qeyd edək ki, qara hərflərlə işarələnən komandalar qrup oyunlarına ev sahibliyi edəcək ölkələrdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.