7 iyul 2011 18:22
Yunis Hüseynov İran klubunun dəvətini qəbul etməyə tələsmir
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov İran klublarından aldığı dəvəti cavablamağa tələsmir. Azerisport.az xəbər verir ki, o, cənub qonşularımızla birgə fəaliyyətə başlamaq haqda qərarını gələn həftə açıqlayacaq:
“Şahin Diniyevin İrana gedişinə çox sevindim. “Rah Ahan”da işlərinin uğurlu alınacağına inanıram. Amma mən hələ qərarımı verməmişəm. Gedib-getməyəcəyimi bilmirəm. Şərait, şərtlər yaxşıdı. Məni başqa məqamlar narahat edir. Ona görə də iranlılara gələn həftə cavab verəcəm”.