7 iyul 2011 18:37
Qarabağ`ın oynadığı stadion çökdü (FOTOLAR)
Bu gün Hollandiyanın “Twente” klubunun “Qrols Veste” stadionunun damının bir hissəsi çöküb. Azerisport.az xəbər verir ki, dağıntılar altında qalanlar da olub.
Arena yenidənqurma işləri üçün bağlanıbmış. Hadisə baş verən an meydançada çoxlu sayda fəhlə olub. Hazırda ən azı 5 nəfərin öldüyü məlumdu. Olay yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xilasetmə işləri aparılır.
Qeyd edək ki, “Qrols Veste” stadionu 24 min tamaşaçı tutumuna malikdi. Yenidənqurmadan sonra bu sayı 40 minə çatdırmaq nəzərdə tutulurmuş.
Onu da xatırladaq ki, iki il əvvəl bu stadionda Avroliqa çərçivəsində Ağdamın "Qarabağ" komandası da oynayıb və "Tvente"yə 1:3 hesabı ilə uduzub.
