7 iyul 2011 20:03
Bakı`nın Xorvatiya klubu ilə matçının başlama saatı açıqlandı
Sloveniyada təlim-məşq toplantısını davam etdirən “Bakı” 9 iyul 2011-ci il tarixdə 3-cü yoldaşlıq oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun komandası bu dəfə Xorvatiyanin yüksək liqa təmsilçisi “İstra” klubu ilə qarşılaşacaq.
Tam adı “Nogometni klub Istra 1961” olan bu komanda 2003-2004, 2008-2009-cu iilər mövsümlərində Xorvatiya kubokunun finalına yüksəlib. Ev oyunlarını Pulanın 10 min azarkeş tutumlu “Aldo Drosina” stadionunda keçirir.
“İstra” - “Bakı” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
