7 iyul 2011 22:50
Qarabağ növbəti mərhələyə darmadağınla adladı (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdəki təmsilçilərimizdən “Qarabağ” doğma meydanda Litva “Banga”sı ilə qarşılaşıb.
Ağdam klubu səfərdə keçirilmiş ilk qarşılaşmada 4:0 hesablı darmadağın sayəsində artıq növbəti mərhələyə vəsiqəni təmin etmişdi və evdə bu üstünlüyünü əldən verənə oxşamırdı. Əksinə, bir qədər formal xarakter daşıyan qarşılaşma sadəcə Azərbaycanın UEFA reytinqindəki xalını artırmaq baxımından əhəmiyyət daşıyırdı.
Qurban Qurbanovun yetirmələri Bakıdakı görüşdə də darmadağına imza atmaqla ümidləri doğrultdular. Beləcə, komandamız növbəti mərhələyə 7:0 hesablı üstünlüklə adladı. "Qarabağ"ın növbəti rəqibi isə Farer adalarının "Streymur" klubu olacaq.
Avropa Liqası
Birinci təsnifat mərhələsi
Cavab oyunu
7 iyul
QARABAĞ - BANGA - 3:0 (2:0)
Qol: A.Teli, 29 (1:0), R,Sadiqov, 35 (2:0), A.Aqolli, 77 (3:0)
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Jozef Marko (Slovakiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
(İlk oyun – 4:0)
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 14. Rəşad Sadıqov, 24. Admir Teli, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 6. Rəşad Sadiqov, 77. Georgi Adamiya, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
BANGA: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 15. Gitis Qaulis, 19. İqnas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Usaçov, 88. Marius Kazlauskas.
Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 8. Qayus Kulbis, 13. Mantas Qudauskas, 24. Gyedrius Ratkus.
Baş məşqçi: Arminas Narbekovas.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. "Qarabağ" bu oyunda da ilk dəqiqələrdən top saxlamağa və rəqibi yormağa çalışır
3. Əfranın sağ cinahdan qapı ağzına ötürməsini son anda rəqib müdafiəçi kornerə çıxarır
4. Ağdamlıların ilk künc zərbəsi bəhrəsiz qalır
6. Vüqar Nadirov hesabı açmağa yaxın olsa da, onun iti bucaq altında endirdiyi zərbəni son anda qapıçı kornerə çıxarır
8. Nadirovun qapıya növbəti zərbəsi qeyri-dəqiq alınır
10. Vüqar qapıçıyla üz-üzə qalsa da, topu özündən çox irəli atması rəqibinə məğlub olmasıyla nəticələnir
15. "Banga" hələ ki, komandamızın təzyiqlərinə dözür
21. Litvalı futbolçu təhlükəli nöqtədə Raufa qarşı kobud oynayır
22. Cərimə zərbəsini Rəşad Sadıqov yerinə yetirir və top canlı səddən geri qayıdır
25. Sadiqovun cərimə meydançası həndəvərindən qüvvətli zərbəsini son anda rəqib qapıçı zərərsizləşdirə bilir
28. İnanılmaz epizod! Əfranın boş qapıya yol tapmasına mane olmaq istəyən müdafiəçi az qala avtoqola imza atacaqdı. Amma onun toxunuşundan sonra top qapı çatından geri qayıdır
29. QOOOOOOOOOOOOOOOL. Sadıqovun qüvvətli zərbəsi qapıçıdan dönsə də, digər mərkəz müdafiəçisi Admir Teli təkrar toxunuşla hesabı açır - 1:0
31. "Qarabağ" qoldan sonra da təzyiqlərini davam etdirir
33. Yenə hücuma qoşulan Telinin növbəti zərbəsi dəqiq olmur
35. QOOOOOOOOOOOOL. Adamiyanın qapı qarşısına ötürməsini Rəşad Sadiqov dəqiq zərbə ilə tora qovuşdurur - 2:0
43. V.Nadirov gərəksiz yerə əllə oynayır və sarı vərəqə alır
İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. Qonaqların oyun ərzindəki ən təhlükəli hücumu zamanı Fərhad Vəliyev inamlı oynayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ"da Namiq Yusifovun əvəzində meydana Qara Qarayev çıxır
47. Əfranın zərbəsini qapıçı tutur
55. "Banga"da Qaulisi Kulbis əvəzləyir
59. Kazlauskasın zərbəsi dəqiq alınmır
60. Raufun əvəzində meydana Bətiyar Soltanov çıxır
61. Zelmikasın uzaqdan zərbəsini Vəliyev tutur
67. Soltanov qol vurmağa yaxın olsa da, dəqiqlik çatışmır
68. "Banga"da Kuranı Qudauskas əvəzləyir
70. Nadirovun əvəzində meydana İsgəndərov çıxır
71. Medvedev kobud oyuna görə sarı vərəqə alır
76. QOOOOOOOOL. Aqollinin sol cinahdan qapı qarşısına asması zamanı qapıçı topu xəttin içində tuta bilir - 3:0
81. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir və top canlı səddə dəyərək meydandan çıxır
87. Usaçevi Ratkus əvəzləyir
87. Qarayevin qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı topu dəf edir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
