7 iyul 2011 23:51

AZAL bacarmadı (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdəki təmsilçilərimizdən AZAL səfərdə Belarus “Minsk”i ilə qarşılaşıb.
 
Paytaxt klubu evdə keçirilmiş ilk qarşılaşmada ümidləri doğrulda bilməmişdi. Hamı komandamızdan doğma meydandakı görüşdə qələbə gözləsə də, sonda qeydə alınan 1:1 hesabı daha çox belorusların işinə yaradı.
 
Lakin yenə də heç nə itirilməmişdi. Nazim Süleymanovun yetirmələri evdə bacarmadağını səfərdə etməklə növbəti mərhələyə vəsiqə qazana bilərdi. Bunun üçün isə ya mütləq qalib gəlmək, ya da 2:2, 3:3 və s. hesablı məhsuldar heç-heçəyə imza atmaq lazım idi. Təəssüf ki, bu dəfə də iki erkən qola üzülən təmsilçimiz çox gec ayıldı. Özü də bu, ikinci hissə başlayan kimi azlıqda qalmağımızdan sonraya təsadüf etdi. Sonda komandamız lazımi 2:2 hesabını təmin edə bilmədi və yenə növbəti mərhələyə həsrət qaldı.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi
Cavab oyunu
7 iyul
 
MİNSK – AZAL - 2:1 (2:0)
Qol: Loşankov, 5 (1:0), Saşenko, 11 (2:0), Z.Benuahi, 66 (2:1)
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
(İlk oyun – 1:1)
 
MİNSK: 1. Simas Skinderis, 2. İqor Voronkov, 5. Aleksandr Saçivko, 6. Andrey Razin (k), 7. Denis Saşeko, 11. Yevgeni Loşankov, 17. Nikolay Zenko, 18. Dmitri Şeqrikoviç, 20. Artyom Raxmanov, 29. Nikolay Osipoviç, 30. Taya Soro.
Ehtiyat oyunçular: 77. Artur Lesko, 8. Sergey Giqeviç, 10. Roman Vasilyuk, 13. Dmitri Klimoviç, 14. Sergey Puşnyakov, 16. Kiril Pavlyuçek, 22. Donatas Navikas.
Baş məşqçi: Vitali Tarakanov.
AZAL: 12. Cahangir Həsənzadə, 5. Aqil Nəbiyev, 3. Usim Nduka, 2. Robert Petrov, 7. Tərlan Xəlilov, 17. Viktor İbekoyi, 20. Mansur Limani, 11. Zoahir Benuahi, 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov, 24. Enyo Krastovçev.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Ritus Krjauklis, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 14. Orxan Səfiyaroğlu, 18. Cavid Rəhimov, 23. Pius İkediya.
Baş məşqçi: Nazim Süleymanov.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Krastovçevin zərbədi dəqiq alınmır
5. Loşankov qapı qarşısına ötürmə zamanı dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
7. "Minsk" hələ ki, ərazi üstünlüyünə malikdi
11. Saşenko Cahangiri də geridə qoyaraq əks hücumu dəqiq zərbə ilə tamamlayır - 2:0
14. Rahmanov üçüncü qolu vurmağa yaxın olsa da, dəqiq olmur
15. AZAL demək olar ki, top saxlaya bilmir
15. Komandamızın ilk təhlükəli qol vəziyyəti Ndukadan gəlsə də, azacıq dəqiqliyi çatışmır
19. AZAL təhlükəli hücum qursa da, son anda müdafiəçilər dəqiq oynayırlar
20. Meydan sahiblərinin təhlükəli hücumu zamanı top müdafiədən qayıdır
21. Cahangir rəqibin hücumu zamanı topa yiyələnir
27. Zenko Həsənzadə ilə üz-üzə qalsa da, qapıçımız bu dəfə komandasını qoldan xilas edə bilir
28. İbekoyi kobud oyuna görə sarı vərəqə alır
37. Razin üçüncü qolu vurmağa çox yaxın olsa da, Cahangir bu dəfə də topu qaytarmağı bacarır
41. Saşenkonun qüvvətli zərbəsi qapıdan yan keçir
42. Uduzan AZAL olsa da, hücumda olan "Minsk"di
45. Krastovçevin baş zərbəsi yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. AZAL ikinci hissəyə dəyişikliklə başlayır. Tərlanın əvəzində meydana Pius İkediya çıxır
47. Nduka Zenkoya qarşı qaydanı pozur və sonuncu ümid foluna görə qırmızı vərəqə alır
53. Kvirtiyanın uzaqdan möhtəşəm zərbəsini son anda qapıçı kornerə çıxarır
54. Künc zərbəsindən heç nə alınmır
55. AZAL artıq vabanka getməyə başlayıb və rəqibini qapısına sıxışdırıb. Lakin müdafiə xəttinin əks-hücumlarda nə dərəcədə keçilməz olacağı bilinmir
56. Loşankovun çox təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
60. Rəqib qapıçı çıxışda səhvə yol versə də, futbolçularımız bundan yararlana bilmirlər
62. Yenə ardıcıl hücumla boşa verilməkdədi
63. Benuahi kobud oyuna görə sarı vərəqə alır
66. QOOOOOL. Benuahinin zərbəsi Saçivkoya dəyərək tora daxil olur - 2:1
68. Zenkonun əvəzində meydana Vasilyuk çıxır
70. AZAL hesabı bərabərləşdirməyə yaxın olsa da, son anda bəxti gətirmir
76. Vasilyuk Həsənzadə ilə üz-üzə qalsa da, zərbəsi dəqiq alınmır
78. Saşenkonun əvəzində meydana Giqeviç çıxır
79. Osipoviç Cahangirlə üz-üzə qalsa da, qapıçımız yaxşı oynayır
79. AZAL-da Limaninin əvəzində meydana Elşən Məmməov çıxır
83. Aqil Nəbiyev də kobud oyuna görə sarı vərəqə alır
84. Rəqibin cərimə zərbəsini Həsənzadə çətinliklə də olsa, geri qaytara bilir
88. Həsənzadə Vasilyukun daha bir qol vurmaq istəyini gözündə qoyur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.