7 iyul 2011 11:28
Robertas Poşkus: Bu, İnter`in qeyri-peşəkarlığıdı
“İnter”in forvardı Robertas Poşkus azerisport.az saytına müsahibəsində hazırda komandasının düşərgəsində olmaq əvəzinə Litvada istirahət etməsinin səbəblərindən danışıb.
- İstiahətiniz necə keçir?
Çox yaxşı. Evdə həmişə yaxşıdı. Ev işləri ilə məşğul oluram. Hava da bizdə çox gözəldi. Dənizdə çimirəm. Dostlarla istirahət etmək həmişə gözəldi.
- Bununla yanaşı siz Klaypededə uşaq-gənclər turniri keçirməyə də imkan tapmısız...
- Artıq doqquzuncu dəfədi ki, bunu daimi olaraq şəhərimdə təşkil edirəm. Altı ölkənin 14-15 yaşlılardan ibarət komandaları toplaşır. Bu il İsveç, Almaniya, Latviya da iştirak edirdi. Çempionluğu latışlar bayram etdilər.
- Sizin “İnter” isə artıq toplanışa start verib...
- Bilirəm. Onların harda olmasından da xəbərim var. Amma məsələ burasındadı ki, məndən çox az şey asılıdı.
- Kaxaber Sxadadzenin sizi komandada görmək istəməməsini nəzərdə tutursuz?
- Əlbəttə. Əgər lazım deyiləmsə, deməli onun qərarıdı. Ona başqa futbolçular lazımdı. Mən buna normal baxıram.
- Əlbəttə. Əgər lazım deyiləmsə, deməli onun qərarıdı. Ona başqa futbolçular lazımdı. Mən buna normal baxıram.
- Siz bu yay onunla əlaqə saxlamısız?
- Xeyr, heç bir danışığımız olmayıb.
- Hazırkı fiziki formanız haqda nə deyə bilərsiz?
- Hər şey yaxşıdı. Daim məşq edirəm, qaçıram. Formamı qorumağa çalışıram. Axı mənim 21 yox, 25 yaşım var. Ona görə də özümə baxmalıyam.
- Hər halda “İnter”lə daha bir illik müqaviləniz qalmaqdadı. Nə planlarınız var?
- Buna cavab vermək çətindi. Qərar verməliyəm. Bütün detalları danışmaq lazımdı. Bəli, mən “İnter”in oyunçusuyam. Əgər heç bir yerə getməsəm, əvəzedici komandada məşq edəcəm.
- Yeri gəlmişkən, indi “İnter”də təmizləmə işləri gedir. Burda nələrin baş verdiyindən xəbəriniz var?
- Mən dəqiq deyə bilmərəm, amma bir şeyi bilirəm, heç bir komanda heyətini bu şəkildə dəyişməklə mükafat qazana bilmir. Hər il 10-15 futbolçunu necə dəyişmək olar? Bu, qeyri-peşəkarlıqdı. Adətən, hər bir futbolçu klubda 3-4 mövsüm çıxış edir. Amma “İnter”in etdiyini heç kim həyata keçirmir. Belə güclü komanda qurulmur.
- Amma həmyerliləriniz Deyvidas Çesnauskas və Ramunas Radaviçyus Azərbaycana gələ bilər...
- Onlar çox güclü futbolçulardı. Ümumiyyətlə, Azərbaycana yaxşı legionerlər gəlməyə başlayıb. “Bakı” haqda da bir neçə kəlmə demək istərdim. Onların yığdığı indiki heyətlə yüz faiz çempionluğa oynamaq olar.
- Sonda “Banga”ya Bakıdakı oyunda nə məsləhətiniz var?
- Onların bəxti gətirib ki, Bakıya gəlmək imkanı qazanıblar. Şəhərinizi gəzsinlər. Düzdü, onlara bir qədər isti olacaq. Amma əvəzində dənizdə çimə bilərlər.
- Onların bəxti gətirib ki, Bakıya gəlmək imkanı qazanıblar. Şəhərinizi gəzsinlər. Düzdü, onlara bir qədər isti olacaq. Amma əvəzində dənizdə çimə bilərlər.
