7 iyul 2011 11:37
Bakı İnter`i üçün Sağlam tərif
"Keçirilən oyun göstərdi ki, "İnter" klubu bizdən daha hazır vəziyyətdə idi. Axı, biz toplanışa cəmi bir həftə əvvəl qatılmışıq. Komandanız isə bura bizdən əvvəl gəlib".
Azerisport.az xəbər verir ki, bu sözləri dünən "İnter"lə keçirilən yoldaşlıq görüşündən sonra "Mersin İdman Yudru" klubunun baş məşqçisi Nurullah Sağlam deyib.
Sağlam daha sonra "İnter" haqda xoş sözlər söyləyib: "İnter" işini bilən komandadı. Taktiki cəhətdən çox güclü bir klubdu. Oyun anlayışı və fiziki tərəfdən yaxşı hazırlanan komandanız var. Mən inanıram ki, gələn mövsümdə "İnter" yaxşı nəticələr göstərəcək və sizin klubunuza uğurlar arzulayıram".
Qeyd edək ki, "İnter" - "Mersin İdman Yudru" görüşü 3:3 hesabı ilə başa çatmışdı.
