7 iyul 2011 23:44
Qurban Qurbanov: Çalışacağıq ki, qələbələri sıralayaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna ciddi hazırlaşmışdıq. Futbolçuların psixologiyasını dəyişmək lazımdı. Artıq onlar qalib ruhuna malik olmalıdılar. Növbəti rəqibimizə gəlincə, “Streymur” haqqında bizim informasiyamız var. Farer adalarının klubuna yuxarıdan aşağı baxmaq lazım deyil. Oynamaq lazımdı. Streymur" artıq 4 ildir ki, Avropa təcrübəsinə malikdi. Rəqibə hörmətlə yanaşırıq. Növbəti oyunumuzadək çatışmayan cəhətlərimiz üzərində işləyəcəyik. Çalışacağıq ki, qələbələri sıralayaq. Çünki bizim qələbələrə daha çox ehtiyacımız var. Yalnız bu halda komandamızda qələbə psixologiyası formalaşa bilər. Mümkün qədər çox mərhələ adlamaq istəyirik. Gənc futbolçularımızda müəyyən çatışmazlıqlar var. Amma onlar çalışırlar”.