7 iyul 2011 12:06
Fransa - Azərbaycan matçının başlama saatı bəlli oldu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İtaliyanın Ravenna şəhərində təşkil olunacaq EBSL 2011 Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq millimizin turnir çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Fransa və Belarusla qarşılaşacaq yığmamızın oyunlarını tarixi və başlama saatı aşağıdakı kimidi:
23 iyul, saat 18:30
Azərbaycan – Belarus
24 iyul, saat 18:30
Fransa – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
