7 iyul 2011 00:35

"AZAL ilə matçın taleyinin penaltilərə qalmasını istəmirik"

Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin AZAL ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransından hazırlanan reportajla sizi də tanış edir.
 
- Çempionatın son turunda əsas heyətin bir çox üzvünü qorumağa üstünlük vermişdiniz...
- Belə sıx qrafiklə oynamaq təbii ki, futbolçular üçün çox ağırdı. Oyunçularımızı qorumağa üstünlük vermişdik. AZAL ilə oyuna yaxşı hazırlaşmaq istəyirdik. Şanslar bərabərdi. Xarakter göstərən komanda qələbə qazanacaq. Müsbət nəticəyə ümid bəsləyirik. Bizim bəzi problemlərimiz var. Simonsun durumu barədə heç nə deyə bilmirəm. Amma Petrauskas, Şirokov və Xaçaturyan dəqiq sabahkı (bu günkü – azerisport.az) oyunda iştirak edə bilməyəcəklər.
 
- Komandanız səfər oyunlarında daha çox xal toplayıb, nəinki evdə. Bunun sirri nədədi?
- Deməzdim ki, “Minsk” səfər komandasıdı. Sadəcə, belə alınır. Səfərdə daha çox xal toplaya bilirik, nəinki evdə.

- Penalti seriyasına hazırlaşırsız, yoxsa inanırsız ki, AZAL əsas vaxtda qələbə qolunu vura bilməyəcək?
- Penaltilərə hazırıq. Amma matçın taleyinin lotereyaya qalmasını istəmirik. Oyun evdə keçirilir və bundan maksimum yararlanıb qələbə qazanmalıyıq. Bu turnirdə mümkün qədər çox irəliləmək istəyirik. Bakıda vurduğumuz qol bizə çox böyük üstünlük qazandırıb. Amma biz müdafiəyə qapanmayacağıq. “Minsk” hücum komandasıdı.
 
- AZAL-ı necə dəyərləndirərdiz?
- Legionerlərinin səviyyəsi məni çox təəccübləndirdi. Onlar sizin klubda böyük rol oynayırlar. Orta xətti çox yaxşı təsir bağışladı. Ona görə də cavab oyunu çox gərgin keçəcək. Yəqin ki, komandanız bu oyunda qələbəyə köklənib.
 
- İlk oyundan sonra Nazim Süleymanov bildirdi ki, sizin komanda Azərbaycan Premyer Liqasında ilk altılığa düşə bilməzdi...
- Xoşagəlməz açıqlamadı. Amma istərdim ki, futbolçularım buna meydandakı oyunlarıyla cavab versinlər. Çox şey demək olar.

- Sizcə, AZAL Belarus çempionatında neçənci yeri tuta bilərdi?
- Sizin klublarda 8 legioner çıxış edə bilər, bizdə isə 4. Müqayisə yersizdi. Qoy bunu Nazim Süleymanov eləsin. O, yaxşı futbolçu olub. Yaxşı insani keyfiyyətlərə malikdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.