7 iyul 2011 12:42
Argentinaya şok ardınca şok
Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gecə turnir çərçivəsində daha bir qarşılaşma baş tutub.
A qrupunda yer alan meydan sahibləri – Argentina qrupdakı ikinci matçında Kolumbiya ilə qarşılaşıb. Lakin maraqlıdı ki, Lionel Messinin komandası doğma azarkeşlərinin gözü qarşısında baş tutan ikinci görüşdə də rəqib qapısına yol tapa bilməyib. Beləcə, qarşılaşma başladığı kimi də başa çatıb – 0:0.
Maraq üçün xatırladaq ki, Argentina turnirin açılış matçında da Boliviya ilə qolsuz heç-heçəyə razılaşmışdı.
Qeyd edək ki, bu gecə A qrupu çərçivəsində daha bir görüş baş tutacaq. Qrupun autsayderləri Boliviya və Kosta Rika sonuncu olmamaq üçün mübarizə aparacaqlar.
Amerika Kuboku
A qrupu
2-ci tur
5 iyul
Argentina – Kolumbiya – 0:0
| 1 |
|
2 | 1 | 1 | 0 | 1 | 0 | 4 |
| 2 |
|
2 | 0 | 2 | 0 | 1 | 1 | 2 |
| 3 |
|
1 | 0 | 1 | 0 | 1 | 1 | 1 |
| 4 |
|
1 | 0 | 0 | 1 | 0 | 1 | 0 |
