7 iyul 2011 01:10

Nazim Süleymanov: Mən sözümün üstündə dururam

AZAL-ın baş məşqçisi Nazim Süleymanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransından hazırlanan reportajla sizi də tanış edir.
 
- Minskin təbii qazonundakı məşq bəzi kiçik zədələrin yenidən özünü göstərməsinə gətirib çıxardı. Hava şəraiti də o qədər xoş deyil. Amma bütün çətinliklərə rəğmən, oyuna hazırıq. İlk oyundan öncə biz rəqibi elə də yaxşı tanımırdıq. Cəmi iki oyunlarına baxmışdıq. İndi isə yaxşı tanıyırıq. Hər halda nə dərəcədə yaxşı hazırlaşdığımızı sabahkı (bu günkü – azerisport.az) oyun göstərəcək.

- Sizcə, “Minsk” müdafiədə oturacaq?
- İndi bu haqda danışmaq çətindi. Məlum variantlar var. Öz hücumlarımızın kəsərini artırmalı olacağıq. Ümid edirəm ki, futbolçularım öz fərdi ustalıqlarını göstərə biləcəklər.

- Növbəti mərhələyə adlamaq üçün ən azı bir qol lazımdı?
- Bilirik ki, qol vurmasaq, əliboş qayıdacağıq. Bax buna görə də qol vurmalıyıq. Futbol elə oyundu ki, hamı vura bilir. Sadəcə öz imkanlarından yararlanmaq və qol buraxmamaq lazımdı.

- Məsuliyyəti üzərinə götürə biləcək futbolçunuz var?
- Mən öz futbolçularıma inanıram. İnanıram ki, ilk oyundakı 1:1 hesabına rəğmən, biz müsbət nəticə qazana biləcəyik.
 
- Sizin “Minsk”lə bağlı açıqlamanız burda çox müzakirə olunur. Bu haqda oyunçularınıza da demisiz? Axı mərhələ keçə bilməsəniz, bu açıqlamanıza görə siz çox xatırlanacaqsız...
- Onlar mənim üçün oynamırlar, klubun şərəfini qoruyurlar. Mən öz sözümün üstündə dururam və onu dəyişmək fikrim də yoxdu.
 
- Rəqibiniz Belarus çempionatındakı ev oyunlarında elə də uğurlu çıxış etmir. Bu fatkı nəzərə alacaqsız?
- Biz ilk görüşdə bunun şahidi olduq. Səhv etdik, onlar isə vurdular. Halbuki, qələbə qazanmağa çox yaxın idik. Çoxlu qol vəziyyətləri yaratdıq. Mən “Minsk”i heç də aşağılamaq istəmirəm. Yaxşı komandadı.
 
- AZAL fiziki cəhətdən yaxşı vəziyyətdə olsa da, oyn təcrübəsinin azlığı sözünü deyir. Əlavə vaxt üçün gücünüz var?
- Bu gün üçün 80-85 faiz hazırıq.
 
- Hansı mərhələyə kimi irəliləmək istəyirsiz?
- Tapşırıq ilk mərhələni adlamaqdan ibarətdi. Azərbaycan reytinq xalını artırmaq istəyirik.
 
- Əgər “Minsk”i keçə bilməsəz, klub rəhbərliyinin buna münasibəti necə olacaq?
- Rəhbərliyin buna münasibətini bilmirəm. Hər halda sabahkı oyundan sonra biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.