8 iyul 2011 13:05
Zohair Benuahi AZAL-dan gedir
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi komandadan ayrıla bilər. Azerisport.az xəbər verir ki, bu haqda istəyini o, Avropa Liqasının Belarus “Minsk”i ilə səfər matçından sonra dilə gətirib.
Hələ yayda komandadan ayrılıb daha güclü klublarımızdan birinə keçəcəyi gözlənilən futbolçu son anda avrokuboklarda iştirak etdiyi üçün AZAL-da qalmağa qərar verdi. Çətinliklə də olsa onu razı salan paytaxt klubunun rəhbərliyi mərakeşli futbolçu ilə 1 illik müqavilə imzaladı.
Lakin Avropa Liqasındakı uğursuz çıxış onun fikrini yenidən dəyişib. Hələlik, müqaviləsi olan futbolçunun AZAL rəhbərliyi ilə bu məsələni necə yoluna qoyacağı dəqiq bilinmir. Çox güman ki, Nazim Süleymanovun istefasından sonra Benuahi artıq bu komandada qalmayacaq. Hər halda bu məsələnin həlli komanda Bakıya döndükdən sonra həllini tapacaq.
