8 iyul 2011 13:42
Qəbələ`dən növbəti transfer (FOTO)
"Qəbələ" növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Türkiyənin "Bucaspor" klubunun hücumçusu Viktor Mendini heyətinə qatıb.
Artıq seneqallı forvard tibbi müayinədən keçirilib və onunla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Viktor Mendi 22 dekabr 1981-ci ildə Seneqalın Dakar şəhərində dünyaya gəlib. 29 yaşlı forvardın karyerası əsasən Fransa ilə bağladı.
Belə ki, o, 2002-2008-ci illərdə Fransa klublarının şərəfini qoruyub. 2002-2006-ci illərdə "Villemomble Sports"un (34 oyun, 19 qol), 2006-2007-də "Paris"in (30 oyun, 12 qol), 2007-2010-da "Metz"in (57 oyun, 4 qol) formasını geyinən Mendi 2007-2008 mövsümündə icarə əsasında "Klermont Foot"da çıxış edib (19 oyun, 8 qol). 2010-cu ildə "Bucaspor"a keçən futbolçu Super Liqada 16 oyun keçirib.
O, 2009-cu ildə Seneqal yığmasına da çağırılıb.
