8 iyul 2011 14:03

Aqil Nəbiyev: Bütün günahı baş məşqçidə görmək düz deyil

AZAL-ın kapitanı Aqil Nəbiyev Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə cavab oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Hamının çox qorxduğu şey gerçəkləşdi...
- Heç bilmirəm nə deyim. Sadəcə söz yoxdu. Təəssüf ki, öz oyunumuzu göstərə bilmədik. İkinci hissənin əvvəlində azlıqda qalmağımıza baxmayaraq, qol vurmağı, növbəti mərhələyə adlamaq ümidlərimizi qaytardıq. Amma son qolu vurmağı bacarmadıq.
 
- İlk 15 dəqiqədə nə baş verdi ki, rəqib qapınıza iki qol vura bildi?
- Mən ilk oyunu xatırladım. O oyunda da öncə qol buraxdıq, sonradan özümüzə gəldik. Komanda şokda idi. Özümüzə çox gec gəldik. Onda da artıq gec idi.

- Usim Nduka qırmızı vərəqə alanda hakimə doğru qaçıb kobud şəkildə ona nəyisə başa salmağa çalışırdız...
- Mənim fikrimcə qırmızı vərəqə çox ağır cəza idi. Bu, sonuncu ümid folu deyildi. Əgər o, nigeriyalıdan sıyrılsaydıda belə, mən ona yaxın idim və təhlükənin artmasına imkan verməyəcəkdim. Bütövlükdə, hakimliyin səviyyəsi aşağı idi. Yanlış qərarları çox idi, əksər epizodlarda meydan sahiblərinin lehinə fit çalırdı.
 
- Deməli, uğursuzluğunuzun səbəbkarı hakimdi?
- Mən onlarda günah axtarmıram. Hər şeyə özümüz günahkarıq. Təəssüf ki, oyundan sonra Nazim Süleymanov da istefa verdi. Bu, onun şəxsi qərarıdı. Amma onun qalması daha yaxşı olardı. O, artıq il yarım idi ki, bu komandada çalışırdı və çox şey etmişdi. Ötən mövsüm onun rəhbərliyi altında dördüncü yeri tutduq. Hesab edirəm ki, bu, çox yaxşı nəticə idi. Gələcəkdə nəticlərimiz daha da yaxşılaşa bilərdi.

- Süleymanovun gedişinin günahını özünüzdə görürsüz?
- Bütün günahı baş məşqçinin üstünə atmaq düzgün deyil. Biz futbolçular da günahkarıq. Düzdü, Süleymanov bütün məsuliyyəti üzərinə götürdü. Bu, əlbəttə, peşəkar yanaşmadı. Amma mən bununla o qədər də razı deyiləm.

- Onun bu qərarını komanda yoldaşlarınız necə qəbul etdilər?
- Demək olar ki, hamısı mənə yaxınlaşıb deyirlər ki, Nazim Süleymanov komandada qalıb işini davam etdirsin. Mən hələ baş məşqçiylə danışmamışam. Bunu etmək artıq gecdi. O, artıq qərarını verib və burda hər şey rəhbərlikdən asılıdı. Amma hətta legionerlər də gəlib baş məşqçinin qalmasını arzuladıqlarını bildirirlər.

- Yeni mövsümə başqa baş məşqçinin rəhbərliyi altında başlamaq çətin olmayacaq ki?
- Şübhəsiz, çətin olacaq. Çünki yeni mövsümün startına bir aydan da az vaxt qalıb. Görək, rəhbərlik nə qərar verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.