8 iyul 2011 02:29
Əfran İsmayılov: Banga elə də güclü rəqib deyildi
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri Litva “Banga”sı ilə Bakıdakı cavab matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesablı darmadağınla bağlı bunları dilə gətirib:
“Banga” Bakıda bir qədər inamlı oynadı. Evdə onlar bu qədər yaxşı təsir bağışlamamışdılar. Buna görə də bir qədər oyun çətin keçirdi. İlk oyunda 4:0 hesabıyla qələbə qazandığımızdan bu dəfə o qədər də əziyyət çəkmədik. Həm də axı “Banga” elə də güclü rəqib deyildi. “Streymur”a gəlincə, bu rəqibimiz barədə geniş məlumatımız yoxdu. Nə vaxt ətraflı bir şey öyrənə bilsək, o zaman danışarıq”.
