8 iyul 2011 02:41
“Minsk də ilk altlılığa düşə bilməzdi, AZAL da”
AZAL-ın baş məşqçi postundan istefa verən Nazim Süleymanov Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə 1:2 hesabı ilə uduzduqları Belarus "Minsk"i haqda fikrinin dəyişmədiyini oyundan sonra da bildirib. Azerisport.az xəbər verir ki, Süleymanov yenə "Minsk"in Azərbaycan Premyer Liqasında ilk altılığa düşməyə layiq olmadığını bəyan edib:
“İlk oyun öncəsi dediyim sözlərdən peşman deyiləm. Futbolda təkcə istəmək yox, öz gücünü sübuta yetirmək də lazımdı. İndi də deyirəm: "Minsk" Azərbaycan çempionatında ilk altlılığa düşə bilməzdi. Əslində, belə oyunla AZAL da ora düşməzdi. Yeni baş məşqçi mənim səhvlərimi düzəldər”.
