8 iyul 2011 02:49
Avroliqanın ikinci təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin bütün görüşlərinin iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq bu mərhələdə qarşılaşacaq 40 cütün hamısının tərkibi bəllidi.
Qeyd edək ki, bu cütlərdən ikisini də Azərbaycan klubları təşkil edir. Belə ki, Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” birbaşa bu mərhələdən mübarizəyə qoşulacaq. Birinci təsnifat mərhələsində çıxış etmiş klublarımızdan isə sadəcə "Qarabağ" növbəti mərhələyə adlaya bildi. Təəssüf ki, AZAL ümidlərimizi doğrulda bilmədi və növbəti mərhələyə rəqibi “Minsk” (Belarus) adladı.
Bütövlükdə isə, birinci təsnifat mərhələsindən növbəti tura 25 komanda yüksəldi. Onlar aşağıdakı komandalardı: Dinamo (Gürcüstan), Tromse (Norveç), Metallurg (Rustavi, Gürcüstan), Vllaznia (Albaniya), İrtış (Qazaxıstan), Fulham (İngiltərə), Shakhter (Karaqandi, Qazaxıstan), Aalesunds (Norveç), Ferencvárosi (Macarıstan), Olimpija (Sloveniya), Flamurtari (Albaniya), Paksi (Macarıstan), Spartak (Trnava, Slovakiya), Rabotnicki (Makdoniya), Elfsborq (İsveç), Rad (Serbiya), QARABAĞ (AZƏRBAYCAN), TNS (Uels), Honka (Finlandiya), Saint Patrick's (İrlandiya), Minsk (Belarus), Reykjavik (İslandiya), Häcken (İsveç), Glentoran (Şimali İrlandiya), Varaždin (Xorvatiya).
Beləliklə, ikinci təsnifat mərhələsindəki cütlər aşağıdakı kimidi:
Suduva (Litva) - Elfsborg (İsveç)
Metallurg (Makedoniya) - Lokomotiv (Sofiya, Bolqarıstan)
Sant Julia (Andorra) - Bnei Yehuda (İsrail)
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) - Maccabi (Təl-Əviv, İsrail)
Zeljeznicar (Bosniya və Herseqovina) - Sheriff (Moldova)
Kuopion Palloseura (Finlandiya) - Gaz Metan (Rumıniya)
Minsk (Belarus) - Gaziantepspor (Türkiyə)
Tauras (Litva) - Den Haag (Hollandiya)
Orebro (İsveç) - Sarajevo (Bosniya və Herseqovina)
Floriana (Malta) - AEK (Kipr)
Şaxtyor (Belarus) - Ventspils (Latviya)
Mika (Ermənistan) - Valerenga (Norveç)
Domzale (Sloveniya) - Split (Xorvatiya)
Differdange (Lüksemburq) - Levadia (Estoniya)
Metallurg (Latviya) - Zalsburg (Avstriya)
Kecskemet (Macarıstan) - Aktobe (Qazaxıstan)
Gagra (Gürcüstan) - Anorthosis (Kipr)
Vaduz (Lixtenşteyn) - Vojvodina (Serbiya)
Rudar (Çernoqoriya) - Austriya (Avstriya)
Slask (Polşa) - Dundee United (Şotlandiya)
Streymur (Farer adaları) – QARABAĞ (AZƏRBAYCAN)
Hafnarfyordur (İslandiya) - Nacional (Portuqaliya)
TPS (hər ikisi Finlandiya) - Westerlo (Belçika)
Metallurg (Rustavi, Gürcüstan) - İrtış (Qazaxıstan)
Iskra-Stal (Moldova) - Varaždin (Xorvatiya)
Glentoran (Şimali İrlandiya) - Vorskla (Ukrayna)
Juvenes (San Marino) - Rabotnicki (Makedoniya)
Crusaders (Şimali İrlandiya) - Fulham (İngiltərə)
Llanelli (Uels) - Dinamo (Tbilisi, Gürcüstan)
Flamurtari (Albaniya) - Jablonec (Çexiya)
Reykjavik (İslandiya) - Zilina (Slovakiya)
Olimpija (Sloveniya) - Bohemians (İrlandiya)
Tirana (Albaniya) - Spartak (Trnava, Slovakiya)
Ferencvárosi (Macarıstan) - Aalesunds (Norveç)
Rad (Serbiya) - Olympiakos (Yunanıstan)
The New Saints (Uels) - Midtjylland (Danimarka)
Häcken (İsveç) - Honka (Finlandiya)
Shakhter (Karaqandi, Qazaxıstan) - Saint Patrick's (İrlandiya)
Paksi (Macarıstan) - Tromse (Norveç)
Vllaznia (Albaniya) - Thun (İsveçrə)
