8 iyul 2011 02:54

Azərbaycan UEFA reytinqində yenə irəlilədi

Azərbaycan UEFA-nın reytinq cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırmağa nail olub. Azerisport.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində evdə “Banga” üzərində qazandığı qələbə (3:0) sayəsində gerçəkləşib.
 
Belə ki, Ağdam təmsilçisinin rəqibi üzərindəki möhtəşəm qələbəsi Azərbaycana daha 0,250 reytinq xalı qazandırıb. Lakin təəssüf ki, Avroliqanın birinci təsnifat mərhələsindəki digər təmsilçimiz AZAL bu mənada ölkəmizə heç nə qazandıra bilməyib. Belarus “Minsk”i ilə səfər matçında uduzan (1:2) “təyyarəçilər” sadəcə Bakıdakı heç-heçə sayəsində qazandıqları 0,125 reytinq xalı ilə təsəlli tapa bilərlər.
 
Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları zamanı Azərbaycan 0,375 reytinq xalı qazanmışdı. Bundan 0,250-si “Qarabağ”ın, 0,125-i isə “təyyarəçilər”in payına düşmüşdü. Bu uğur sayəsində ölkəmiz ötən həftə UEFA reytinqində bir pillə irəliləməyə nail olmuşdu. Belə ki, Sloveniya təmsilçiləri daha zəif nəticə göstərdiyindən, Azərbaycan bu ölkəni qabaqlamağa nail olmuşdu.
 
“Qarabağ”ın ikinci matçında da qələbə qazanması isə Azərbaycanın Latviyanı da geridə qoymasına şərait yaradıb. Artıq ölkəmiz 36-cı pilləyə qalxıb.
 
Hazırda Azərbaycanın 5.457 reytinq xalı var. Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı.
 
Sonda reytinq cədvəlinin 32-42-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.
 
Mövqe
Ölkə
2007/08
2008/09
2009/10
2010/11
2011/12
Cəmi
32
Gürcüstan
1.000
1.166
1.750
1.875
0.875
6.666
33
Moldova
1.333
0.666
2.125
2.125
0.000
6.249
34
İrlandiya
1.000
2.500
1.375
1.000
0.250
6.125
35
Litva
1.500
2.500
1.250
0.625
0.000
5.875
36
AZƏRBAYCAN
0.666
0.666
1.500
2.000
0.625
5.457
37
Sloveniya
0.666
1.333
1.375
1.500
0.500
5.374
38
Latviya
1.333
1.166
2.250
0.500
0.000
5.249
39
Makedoniya
1.666
0.500
0.500
1.375
0.750
4.791
40
İslandiya
1.166
1.166
1.250
0.375
0.750
4.707
41
Çernoqoriya
0.500
0.500
1.125
1.750
0.500
4.375
42
Qazaxıstan
0.750
0.833
1.250
0.875
0.625
4.333
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.