8 iyul 2011 14:21
Amit Quluzadə sabah Türkiyədə debüt matçına çıxacaq
Azərbaycan yığmasının müdafiəçisi Amit Quluzadə Türkiyənin “Erciyesspor” klubunun düşərgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən ayın 30-dan toplaşan Kayseri klubu elə öz bazasında hazırlaşır.
“Neftçi”nin sabiq üzvü də komanda ilə hazırlıqlarını davam etdirir. Sabah isə Amit Türkiyə klubunun heyətində ilk oyununa çıxmaq imkanı qazanacaq. Belə ki, “Erciyesspor” yeni mövsümə hazırlıq çərçivəsində ilk sınaq matçını keçirəcək.
Rəqib isə Superliqa və eyni şəhərin digər təmsilçisi “Kayserispor” olacaq. Kayseri idman bazasında baş tutacaq qarşılaşma yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə saat 19:30-da) başlayacaq. Həmyerlimizin komandasının baş məşqçisi Fikret Yılmaz bütün yeni transferlərin bu görüşdə sınaqdan keçiriləcəyini dilə gətirib.
