8 iyul 2011 03:06
Qarabağ – Streymur: Məkan və başlama saatları artıq bəllidi
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın Farer adalarının “Streymur” klubu ilə oyunlarının başlama saatları və keçirilmə yerləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun bu komanda ilə ilk dueli püşkün nəticəsinə uyğun olaraq səfərdə keçiriləcək.
Həmin görüş iyulun 14-də Torshavndakı “Qundadalur” stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə saat 23:00-da) start götürəcək.
Tərəflər arasındakı cavab görüşü isə iyulun 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin qarşılaşma isə saat 21:00-da başlayacaq.
