8 iyul 2011 03:27
UEFA-dan Qarabağ üçün uelsi hakim
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın Farer adalarının “Streymur” klubu ilk oyununun hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun növbəti mərhələdəki rəqibi ilə ilk sınağı püşkün nəticəsinə uyğun olaraq səfərdə keçiriləcək.
Cırtdan ölkədə baş tutacaq qarşılaşmanı isə Uelsdən olan Mark Stiven Uitbi idarə edəcək. Onun köməkçilərinin kimliyi isə hələlik bilinmir. Qeyd edək ki, bu görüş iyulun 14-də Torshavndakı “Qundadalur” stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə saat 23:00-da) start götürəcək.
Tərəflər arasındakı cavab görüşü isə iyulun 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin qarşılaşma isə saat 21:00-da başlayacaq. Amma UEFA-nın cavab matçına hansı hakimi təyin edəcəyi hələlik açıqlanmır.
